
İtaliyada bir müddət əvvəl böyük qalmaqala səbəb olmuş "sevgi üçbucağı" yenidən gündəmə gəlib. Məlumat üçün xatırladaq ki, Maksi Lopeslə evli olarkən Mauro İkardi ilə görüşən Vanda Nara sonradan birinci ilə boşanaraq digər futbolçu ilə evlənmişdi.
Bu hadisə illərlə İtaliyada müzakirə mövzusuna çevrilmişdi. Hadisənin unudulduğu bir vaxtda Mauro İkardinin yazdığı kitab olayların yenidən gündəmə gəlməsi ilə nəticələnib.
Hazırda "İnter"də oynayan futbolçu kitabında bu məsələdən bəhs edib. Argentinalı futbolçu Vanda ilə münasibətlərindən bəhs edib və tənqidlərə məruz qalıb.
Bu günlərdə isə olayla bağlı şok bir iddia ortaya atılıb. "Radio 10"un xəbərinə görə, bu məsələyə hətta Siciliya mafiyası da qarışıb. Mafiya üzvləri şok bir təkliflə çıxış edib. İddia olunur ki, cinayətkarlar argentinalı Maksi Lopesə həmyerlisi olan həmkarı Mauro İkardinin ayağını qırmağı təklif edib.
Sicilya mafiyasının Maksi Lopesə "İstəyirsənsə, İkardinin ayaqlarını qıraq və karyerasın bitirək" deyib. Lakin futbolçu bu təklifi rədd edib.


Qaynarinfo.Az