Xəbər lenti

Magistraturaya boş qalan yerlərə müsabiqə başlayıb - 2890 vakant yer
Ölkə 11:24 08.08.2016

Magistraturaya boş qalan yerlərə müsabiqə başlayıb - 2890 vakant yer

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul elan edir.   

Qaynarinfo.Az xəbər verir ki, qəbul 6 mart və 5 iyun 2016-cı il tarixlərində keçirilmiş ikimərhələli qəbul imtahanında iştirak etmiş tələbələrin topladığı ballar əsasında müsabiqə yolu ilə aparılır. Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 

8 avqust saat 10.00-dan 14 avqust saat 23.59-dək TQDK-nın internet saytına daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını qeyd edib təsdiqləməlidirlər.   

 Bu il 64 proqram üzrə ümumilikdə 2890 plan yeri boş qalıb. Onlardan 2257-si (78%) dövlət ali təhsil müəssisələrinin, 633-ü isə (22%) özəl ali təhsil müəssisələrinin payına düşür. Boş qalmış dövlət sifarişi üzrə plan yerlərinin sayı isə ümumi plan yerinin 16%-ni (473 yer) təşkil edir. 2890 vakant yerin 17%-də (491 yer) rus bölməsi üzrə təhsil almış bakalavrlar iştirak edə bilər. 605 yerin (21%) müsabiqəsində isə Azərbaycan və rus bölməsinin bakalavrları birgə iştirak edə bilərlər.      

Ən çox plan yerini 56-cı (MBA-768 yer), 26-cı (iqtisadiyyat-486 yer) və 47-ci (regionşünaslıq və beynəlxalq münasibətlər-138 yer) proqramlar təşkil edir. Dövlət sifarişi üzrə ən çox plan yeri isə tarix (32 yer), regionşünaslıq (39 yer) və beynəlxalq münasibətlər (24 yer) ixtisaslarının payına düşür. 

Boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr 6” jurnalında təqdim edilib. Hər bir bakalavr imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olan 20-dək ixtisaslaşma kodunu seçə bilər. Bakalavrlar TQDK-nın yeni virtual ödəmə kartını almalı və ixtisaslaşma seçimini təsdiq etmək üçün həmin kartın şifrindən istifadə etməlidirlər. 

Qeyd edək ki, bu il magistraturaya qəbul imtahanının I mərhələsində 22391 bakalavr, II mərhələsində isə imtahandan uğurla keçmiş 8618 nəfər iştirak edib. Müsabiqə şərtlərini ödəyən 6336 bakalavr iyunun 9-dan 19-dək internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirib. Onlardan 5175 nəfəri respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmuş, 4629 nəfəri isə ali təhsil müəssisələrində qeydiyyatdan keçərək magistr adını qazanıb. 

Elçin Mahmud

Qaynarinfo.Az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->