Xəbər lenti

Magistraturaya sənəd qəbulu başa çatdı
Ölkə06:20 11.02.2022

Magistraturaya sənəd qəbulu başa çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fevral ayının 1-dən başlayan magistraturaya sənəd qəbulu başa çatıb.
Qaynarinfo xəbər verir ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılıb.
Son statistikaya görə, ümumilikdə 17 093 bakalavr ərizəsini təsdiqləyib. Onlardan 15 649 nəfəri Azərbaycan bölməsi, 1 444 nəfəri isə rus bölməsi üzrə müraciət edib.
Qeyd edək ki, magistratura səviyyəsi üzrə qəbul imtahanı fevralın 20-də keçiriləcək.