Rusiya Federasiyasının Mahaçqala şəhərində polis əməkdaşları ilə iki naməlum şəxs arasında silahlı insident yaşanıb.
	
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bu barədə Dağıstan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
	
 
Atışma nəticəsində bir nəfər hüquq-mühafizə xidmətinin əməkdaşı çiynindən yaralanıb.
	
Həmçinin polisə hücum edən şəxlərdən biri yaralanıb, digər silahlı isə saxlanılıb.
	
Hadisənin təfərrüatı ilə bağlı hələlik məlumat verilmir.
	
             
            
Şərhlər