Xəbər lenti

Mahir Aslanov səhhəti ilə bağlı açıqlama verdi
Ölkə10:39 20.12.2019

Mahir Aslanov səhhəti ilə bağlı açıqlama verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclisin deputatı Mahir Aslanov səhhətində yaranan problemlə bağlı danışıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Report"a açıqlama verən deputat bildirib ki, səhhətində problemlər yaranması ilə bağlı yayılan məlumatlar ictimaiyyətə olduğu kimi təqdim edilməyib:
"Sadəcə olaraq, bu məlumatları şişirdiblər. Bir söz deyirəm, dərhal şişirdirlər. Mən xəstəxanada deyiləm. Hazırda Bakıda - öz evdimdəyəm, işimdə-gücümdəyəm. Bacılarım, bütün qohumlarım hamısı dəyib bir-birinə. Mənə görə narahat olublar. Hər şey yaxşıdır, səhhətim də əladır".
Qeyd edək ki, M.Aslanovun ürəyindən əməliyyat olunduğu və iki stend qoyulduğu barədə məlumatlar yayılıb.