Sabah "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Estoniya matçından öncə milimizin üzvü Mahir Emreli fikirlərini bildirib.
Qaynarinfo-nun məlumatına görə hücumçu mətbuat konfransında bunları söyləyib:
"Karyeram baxımından ağır mövsüm keçirdim. Geridə qalan mövsümün ikinci dövrəsində bir qədər toparlandım. Son oyunlardakı nəticədən sonra bura daha yaxşı əhvali-ruhiyyədə gəldim. Klubda nə baş verməsindən asılı olmayaraq, milliyə yüksək ab-havada gəlməlisən. Komandamın sabah uğurlu çıxışı üçün əlimdən gələni edəcəyəm. Məqsədimiz 3 xal qazanaraq, azarkeşləri sevindirməkdir. Sabah meydana qələbə üçün çıxacağıq”.
Səbuhi Həsənov