Xəbər lenti

Mahir Emreli Çempionlar Liqasında dubl etdi
İdman18:35 07.07.2021

Mahir Emreli Çempionlar Liqasında dubl etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın "Legiya” klubunda ilk rəsmi matçına çıxıb.
Qaynarinfo xəbər verir ki, o, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində hazırda davam edən "Bude Qlimt”lə (Norveç) səfər oyununda dubl edib. 
27 yaşlı hücumçu matçın 41 və 61-cı dəqiqələrində fərqlənib.
Oyunun sonlarına doğru "Legiya” 3:2 hesabıyla qalib gəlir.
Xatırladaq ki, Mahir Emreli "Legiya”ya bu yay transfer olunub. O, bu komandanın yoxlama oyunlarında da 6 qola imza atmışdı.