Mahir Emreli Xovatiya çempionatının XXXI turunun ən yaxşılarından biri olub.
Qaynarinfo xəbər verir ki, milli komandamızın üzvü turun rəmzi komandasına seçilib.
Hücumçunun forma geyindiyi Zaqreb "Dinamo"us son turda evdə "İstra"ya 3:0 hesab ilə qalib gəlib. Mahirin oyunu 7,7 xalla qiymətləndirilib. Onunla yanaşı, komanda yoldaşı Mislav Orşiç də ən yaxşı "11-liy"ə düşüb.
Qeyd edək ki, 25 yaşlı futbolçu "İstra" ilə görüşün 50-ci dəqiqəsində komandasının sonuncu qoluna imza atıb.
Aydın
