Azərbaycan milli komandasın üzvü Mahir Emreli Polşanın "Legiya" klubunun heyətində daha iki qol vurub.
Qaynarinfo xəbər verir ki, futbolçumuz "Yaqelloniya" ilə yoxlama oyununda dubl edib. 24 yaşlı hücumçu 11-ci və 22-ci dəqiqələrdə rəqib qapısına yol tapıb.
Oyun 2:0 hesabı ilə yekunlaşıb və Mahir Emreli komandasına qələbə qazandırıb.
Qeyd edək ki, Mahir Emreli daha əvvəl Avstriya "Bişofshofen"ini 5:0 yendikləri matçda het-trikə imza atıb. Forvard Rusiya "Krasnodar"ı ilə bərabərə qaldıqları görüşdə komandasının yeganə qolunun müəllifi olub - 1:1.