Xəbər lenti

Mahir Emreli: "Qol vurmaq mənim üçün çox vacib idi"
İdman07:26 20.08.2021

Mahir Emreli: "Qol vurmaq mənim üçün çox vacib idi"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Millimizin üzvü Mahir Emreli Polşa təmsilçisi "Legia"nın heyətində Avropa Liqasının pley-off mərhələsində "Slaviya"ya (Çexiya) vurduğu qoldan danışıb.
Qaynarinfo xəbər verir ki, futbolçu yerli mətbuata açıqlamasında bunları söyləyib: 
"Avropa Liqasında ilk dəfə fərqləndim. Bu turnirdə qol vurmaq mənim üçün çox vacib idi. Qarşıda cavab görüşümüz var. Hamımız oyuna 100 faiz köklənməliyik. Hər kəs Avropa Liqasının qrup mərhələsinə yüksəlmək üçün uzun müddət gözləyib. Səhv etmirəmsə, "Legiya" 4 ildir ki, qruplarda yer almır. Ona görə arzumuz üçün mübarizə aparmalıyıq, amma bizim üçün çətin olacaq. Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacağımıza inanıram".
Mahir Emreli 20-ci dəqiqədə "Legiya"nın görüşdəki ilk qolunun müəllifi olub. Görüş 2:2 hesabı ilə başa çatıb. Komandalar arasındakı cavab matçı avqustun 26-da olacaq.
Səbuhi Həsənov