Xəbər lenti

Mahir Emreli "Rakuv"un heyətində beşinci qolunu vurdu
İdman17:35 30.08.2026

Mahir Emreli "Rakuv"un heyətində beşinci qolunu vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Rakuv" klubunun heyətində növbəti qolunu vurub.

Qaynarinfo-un məlumatına görə, 29 yaşlı hücumçu Polşa çempionatının VI turunda "Yagelloniya"ya qarşı keçirilən ev oyununda fərqlənib.

Hücumçu 23-cü dəqiqədə komandasını hesabda önə keçirib – 1:0. Lakin görüşün sonrakı gedişində "Yagelloniya" iki qol vuraraq hesabı öz xeyrinə dəyişib – 1:2.

Matç davam edir.

Qeyd edək ki, Mahir Emreli bu il iyulun 17-də "Rakuv"a keçib. Bu, onun yeni komandasında beşinci qolu olub.