Xəbər lenti

Mahir Emreli tarixə düşdü
İdman06:19 03.11.2022

Mahir Emreli tarixə düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Dinamo" (Zaqreb, Xorvatiya) Çempionlar Liqasının qrup mərhələsində son - 6-cı tur oyununa çıxıb.
Qaynarinfo xəbər verir ki, Zaqreb təmsilçisi səfərdə "Çelsi" ilə qarşılaşıb. Oyun London klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Mahir matçın 70-ci dəqiqəsində meydana çıxıb.
Yığmamızın hücumçusu xarici klublarda çıxış edib Çempionlar Liqasının qrup mərhələsində oynayan ilk azərbaycanlı futboçu kimi tarixə düşüb.
Qeyd edək ki,  "Dinamo" 4 xalla qrup sonuncusu olub. "Çelsi" ilə "Milan" isə 1/8 finala yüksəlib.