Milli komandamızın üzvü Mahir Emrelinin şərəfini qoruduğu "Dinamo” Zaqreb çempionatın 30-cu turu çərçivəsində "Rijeka”nın qonağı olub.
Qaynarinfo xəbər verir ki, matçın ilk qolu ev sahiblərindən gəlib – 6-cı dəqiqədə Gnezda Cerin fərqlənib. İlk hissə helə bu hesabla başa çatıb.
İkinci hissənin 57-ci dəqiqəsində Mahir Emreli Lauritsenin əvəzinə meydana daxil olub. Bundan 22 dəqiqə sonra Mahir "Dinamo”nun heyətində ilk qola imza atıb. Oyunun 86-cı dəqiqəsində Ademi qonaqların ikinci qolunun müəllifi olub. Bununla da Mahirin çıxış etdiyi "Dinamo” çətin səfərdən əzmkar qələbə ilə ayrılıb.