Xəbər lenti

Mahir Emrelinin 64 dəqiqə oynadığı matçda "Konyaspor" inamlı qələbə qazandı
İdman19:55 16.05.2023

Mahir Emrelinin 64 dəqiqə oynadığı matçda "Konyaspor" inamlı qələbə qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə "Konyaspor"unda növbəti oyununu keçirib.
Qaynarinfo "report"a istinadən xəbər verir ki, 26 yaşlı hücumçu komandasının səfərdə "Alayaspor"a 3:0 hesabı ilə qalib gəldiyi Superliqanın XXXIV tur matçının iştirakçısı olub.
Meydana start heyətində çıxan forvard 64-cü dəqiqədə Mame Diufla əvəzlənib. O, oyunda olduğu müddət ərzində qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.
Bu qələbədən sonra xallarını 49-a çatdıran "Konyaspor" 6-cı pilləyə yüksəlib. 38 xalı olan "Alanyaspor" isə 10-cu sırada qalıb.
Qeyd edək ki, müqavilə ilə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna məxsus olan Mahir Emreli "Konyaspor"da icarə əsasında çıxış edir.