"Legiya"nın və milimizin hücumçusu Mahir Emreli "Lester"lə oyundan sonra fikirlərini bldirib.
Qaynarinfo xəbər verir ki, vurduğu qolla komandasının İngiltərə klubu üzərində qələbəsini (1:0) təmin edən Emreli bunları söyləyib: "Heç birimiz "Lester"dən qorxmurduq. Təbii ki, onlara hörmətlə yanaşırıq, əla komandadır, amma bu gün futbolda hər şey mümkündür. Hamı yalnız bir şeyi düşünürdü.
Uşaqkən bir axşam belə xəyal edirdim. Oyundan əvvəl dediyim kimi - hər futbolçu belə matçdan zövq almalıdır. Cəmi 90 dəqiqə oldu, amma yaddaşımızda uzun müddət qalacaq. Qalib gəldiyimizə sevindim. Komanda yaxşı oynadı və sona qədər mübarizə apardıq.
Qapını gördüm və zərbə vurdum. Hər bir hücumçu bunu etməlidir. Təbii ki, bir hücumçu olaraq qol vurduğum üçün xoşbəxtəm, amma ən əsası odur ki, üç xalımız var. Bu gün hamımız sevinə bilərik. İndi hər kəs futbolda hər şeyin mümkün olduğuna inanır".
"Legiya" ilk 2 turdan sonra maksimum nəticə ilə C qrupuna başçılıq edir.
Səbuhi Həsənov