
Mahir Şükürovun çıxış etdiyi "Karşıyaka" stadionsuz qalıb. Fanat.az xəbər verir ki, komandanın ev oyunlarını keçirdiyi Alsancak stadionunda oynamaq qadağan edilib.
Buna səbəb arenın zəlzələyə dözümlü olmaması göstərilib. Bununla bağlı mətbuat konfransı keçirən "Karşıyaka"nın prezidenti Fatih Diniz qərara etiraz edib: "Aylardı "Karşıyaka" üçün tikiləcək stadionun yeri ilə bağlı müzakirələr davam edərkən çempionatın başlamasına 10 gün qalmış Alsancak stadionun bağlanması bizdə zəlzələ effekti yaratdı. Bu qərar İzmir futbolu və klubları üçün zəlzələ qərarıdı. 2013/14 mövsümünün bitməsindən sonra 3 ay keçib və bu məsələ bir dəfə də qabardılmayıb. Amma çempionatın başlamasına 10 gün qalmış belə bir qərar verirlər. Bizim görüyümüz bütün hazırlıqlar, gələcəklə bağlı bütün planlarımız suya düşdü".
Artıq "Karşıyaka"nın ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib. Komanda matçlarını İzmirin digər təmsilçisi - "Bucaspor"un stadionunda keçirəcək. Bununla bağlı artıq Buca bələdiyyəsi və klub rəhbərliyinin razılığı alınıb.
Qaynar.info