Xəbər lenti

Mahir Şükürovun “qoçu” qardaşı jurnalisti hədələdi - Cavid Hüseynov sizə dərs olmadı?
İdman09:24 18.02.2016

Mahir Şükürovun “qoçu” qardaşı jurnalisti hədələdi - Cavid Hüseynov sizə dərs olmadı?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan millisinin keçmiş futbolçusu Mahir Şükürovun adı yenə qalmaqalda hallanır.

Bu dəfə müdafiəçinin özü yox, onun menecerliyini edən qardaşı Ümid Şükürov diqqət mərkəzinə düşüb.

Məsələ burasındadı ki, Mahir Şükürovun əlində siqaretlə şəklinin "sport7.az" saytında yayımlanması 19 yaşlı meneceri qəzəbləndirib. O, həmkarımıza bununla bağlı mesaj yollayaraq, ona hədə-qorxu gəlib.

Gənc Şükürov jurnalistə bu sözləri yazıb:

"Mən sənlə başqa cür danışmaq istəmirəm. Azərbaycan kişisinə yaraşmayan hərəkət edirsiz. Sən kimsən ki, mənim qardaşım haqda elə şey yazırsan? Sənə kim ixtiyar verib? Siqaret çəkib, çəkib də. Bunun sənə nə istisi, soyuğu var? Allaha şükür, əlimiz hər yerə çatır, pislik etmək istəmirəm".

Son vaxtlar sosial şəbəkələrdə də Mahir Şükürovun əyləncələrdən, içki məclislərindən çəkilmiş şəkilləri paylaşılır.

Mahir Şükürov özü də əvvəllər dəfələrlə qalmaqallarla, qeyri-etik hərəkətlərlə gündəmə gəlib.

Maraqlı budu ki, "Qəbələ"nin futbolçusu Cavid Hüseynov da təxminən eyni şeyə görə hazırda həbsdədi. Cavidin qohumu mərhum jurnalist Rasim Əliyevi hədələyərək, onu döyüb öldürmüşdü .

Qaynar.info