Xəbər lenti

Mahir Şükürovun "Neftçi"də oynaması yubana bilər - Türklər üzündən
İdman19:50 14.10.2016

Mahir Şükürovun "Neftçi"də oynaması yubana bilər - Türklər üzündən

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəbər verdiyimiz kimi, "Neftçi" bu 3 futbolçu ilə müqavilə bağlayıb. Bunlar Azərbaycan millisinin sabiq sağ cinah müdafiəçisi Mahir Şükürov, monteneqrolu qapıçı Boban Baykoviç və braziliyalı yarımmüdafiəçi Jonas Pessallidir.

Qaynarinfo.Az-ın əldə etdiyi məlumata görə, bunlardan Mahir Şükürovun bazar günü Azərbaycan Premyer Liqasının "Zirə" ilə oyununda rəsmi debüt etmək şansı azdır.

Buna səbəb futbolçunun sənədlərinin Türkiyənin "Karşıyaka" klubunda olmasıdır. Hal-hazırda bu sənədlərin alınması yönündə qarşı tərəflə danışıqlar gedir. Əgər futbolçunun transfer vərəqəsi AFFA-ya göndərilsə, o zaman Mahir Şükürovun çempionatın iştirak ərizəsinə salınmasında problem qalmayacaq.

Qeyd edək ki, Mahir Şükürov 2014-cü ildə "Karşıyaka" klubu ilə 2 illik müqavilə bağlayıb. Lakin futbolçu maaşları verilmədiyi üçün klubu 6 aydan sonra tərk edib və həmin müddətdən sonra klubsuz qalıb.

Qaynarinfo.Az