
Millimizin sabiq üzvü Mahir Şükürov uzun müddətdən sonra verdiyi müsahibədə iddialı və maraqlı açıqlamaları ilə yadda qalıb. Sport7.az xəbər verir ki, Şükürov Azərbaycan çempionatında məşq etməyə-etməyə çıxıb oynayacağını bildirir.
Adam bəxtəvərdi, futbolumuzun pullu vaxtına düşdü, qazandı və doğru istiqamətdə xərcləyərək biznesini qurdu. Halal xoşu olsun. Hər halda bütün bunları əziyyəti, alın tərinin hesabına qazandı. Buna görə də heç kim onu qınaya bilməz.
Mahirin dediyi başqa bir sözdə də həqiqət var. Deyir ki, Ufuk Budak, Cihan Özkara, Əli Gökdəmir, Rüfət Dadaşov kimilər millimiz üçün lazımsız futbolçular idi. "Milliləşdirilmişlərin əvəzinə bu müddət ərzində 10 yerli futbolçunu götürüb yetişdirsəydilər, onlardan 2-3-nün bəhrəsini görə bilərdik" deyən Şükürova əhsən!
Amma "Ölkə çempionatında məşq etməyə-etməyə çıxıb oynaya bilərəm" deməsi Azərbaycan futbolu üçün hörmtəsizlikdi. Çünki bütün günü kef məclislərində, yeməkdə, içməkdədi. Siqaret də damağında...
Sport7.az Mahirin futbolsuz, amma siqaretsiz qalmadığı günlərdən bir fotonu təqdim edir:
Qaynar.info

