Xəbər lenti

Mahir Xəttab azadlığa buraxıldı
Ölkə08:28 09.09.2024

Mahir Xəttab azadlığa buraxıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Həbsdə olan sayt rəhbəri Mahir Ələkbərov (Mahir Xəttab) azadlığa buraxılıb.
Qaynarinfo "Qafqazinfo"ya istinadən xəbər verir ki, M.Xəttaba təyin olunmuş azadlıqdan məhrumetmə cəzası başa çatıb.
O bu gün səhər saatlarında cəzaçəkmə müəssisəsindən buraxılıb.
Qeyd edək ki, Mahir Xəttab 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
İttihama görə, o, YAP Binəqədi Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri Azadinfo.az və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün onunla görüşərək görüntülərin silinməsi məqsədilə 2 min manat vəsaitini hədə-qorxu ilə alıb.