Xəbər lenti

Mahmud Qurbanov uduzan komandadan razı qaldı
İdman20:21 16.11.2014

Mahmud Qurbanov uduzan komandadan razı qaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Məşqçilər heyəti olaraq komandadan razı qaldıq. Futbolçular yaxşı köklənmişdi. Bu gün komandanın mübarizəsindən, istəyindən razıyıq. Nəticə bizim üçün yaxşı olmadı. Ən azından bir xal almaq istəyirdik. Amma, rəqib müdafiədə səhvsiz oynadı. Oyunçulardan razı qaldım". Qaynar.info xəbər verir ki, bu sözləri Norveçlə oyundan sonra Qurban Qurbanov deyib.
Berti Foqtsun istefasından sonra yığmanın başına keçən Qurbanov hücum xəttində dəyişiklik etməməsinin səbəbini açıqlayıb: "Müdafiədə və yarımmüdafiədə dəyişikliklər oldu. Qol vurmaq istəyən komanda hücumda da dəyişiklik etməlidi. Vaqif Cavadov və Rauf Əliyev hücumda çıxış edirdi. Əvəzlənən futbolçuların meydandan çıxması isə yorğunluqla bağlı idi".
Baş məşqçi əvəzi legionersiz yığmanın yaxşı oynadığını bildirib: "Meydanda hamı yerli oyunçular idi. Yaxşı mübarizə apardılar. Sadəcə qol vurmaq çatmadı".
Qurbanov Qara Qarayevin əvəzində start heyətində Ruslan Abışovu oynatmasının səbəbini açıqlayıb: "Abışov bizimlə olan müddətdə yaxşı hazırlaşmışdı. Əvəzlənənə qədər də pis çıxış etmədi. Təcrübə baxımından ona şans verdik. Həm də neçə vaxtdı millidə idi. Bu o demək deyil ki, Qarayev zəifdi".
Qaynar.info