
Azərbaycan yığmasının Avstriya təlim-məşq toplanışı zamanı rəqiblərindən olan Makedoniya millisinin heyəti açıqlanıb.
Qaynarinfo.az xəbər verir ki, baş məşqçi İqor Anqelovski 21 futbolçuya dəvət göndərib. İspaniya və İtaliya kimi böyük "5-lik" ölkələrindən futbolçuların da olduğu heyət həm mayın 29-da Avstriyanın Şvadorf qəsəbəsində Azərbaycanla, həm də iyunun 2-də Skopyedə II Filip adına milli arenada İranla oyun üçün nəzərdə tutulub.
Qapıçılar: Stole Dimitriyevski ("Qranada", İspaniya), İqor Aleksovski ("Makedoniya");
Müdafiəçilər: Leonard Juta, Stefan Ristovski (hər ikisi "Riyeka", Xorvatiya), Kire Risteski ("Vaşaş", Macarıstan), Vançe Şikov ("Austriya", Avstiya), Darko Velkovski ("Vardar"), Qyoko Zaykov ("Şarlerua", Belçika), Eqzon Beytulai ("Şkendiya");
Yarımmüdafiəçilər: Deyan Peşevski ("Podbrezova", Slovakiya), Enis Bardi ("Uypeşt", Macarıstan), Boban Nikolov ("Vardar"), Boyan Naydenov ("Rabotniçki"), Maryan Radeski, Ferhan Hasani (hər ikisi "Şkendiya"), David Babunski ("Srvena Zvezda", Serbiya), Nikola Qyorqyev ("Qrasshoppers", İsveçrə);
Hücumçular: Qoran Pandev ("Cenoa", İtaliya), İvan Triçkovski (AEK, Kipr), Aleksandar Traykovski ("Palermo", İtaliya), İliya Nestorovski ("İnter", Xorvatiya).
Qeyd edək ki, Makedoniya millisi mayın 23-də Skopyenin "Qrand Plaza" otelində bir araya gələcək.
Qaynarinfo.az