
"Qarabağ" Makedoniya yığmasının müdafiəçisi Vladimir Dimitrovskini transfer edib.
Qaynar.info sportinfo.az-a istinadən xəbər verir ki, Yunanıstanın "Kerkira" komandasından ayrılan mərkəz oyunçusu sentyabrın 10-da Azərbaycana gələcək.
25 yaşlı legioner millinin heyətində İspaniyaya qarşı Avropa çempionatının seçmə mərhələ oyunundan sonra burda olacaq. Onunla 2 illik anlaşma bağlanılıb.
Qeyd edək ki, ilk olaraq Qaynar.info saytı "Qarabağ"ın mərkəz müdafiəçisi axtardığını xəbər verib. Bunun üçün Ağdam təmsilçisinə hollandiyalılar - Henriko Drost və "Şeffild Uensdey"də oynayan Kurasao millisinin üzvü Daril Laxman təklif olunub. Ancaq sonda "Qarabağ" Makedoniya yığmasının üzvünə üstünlük verib.
Qaynar.info