Xəbər lenti

Makron anti-İŞİD koalisiyasını HƏMAS-a qarşı mübarizəyə cəlb etməyi təklif etdi
Dünya 16:26 24.10.2023

Makron anti-İŞİD koalisiyasını HƏMAS-a qarşı mübarizəyə cəlb etməyi təklif etdi

Fransa prezidenti Emmanuel Makron İraq və Suriyada İŞİD terror təşkilatına qarşı mübarizə aparan beynəlxalq koalisiyanın Qəzza zolağında Fələstinin HƏMAS silahlı qruplaşması ilə mübarizəyə cəlb edilməsini genişləndirməyi təklif edib.

Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, bu barədə o, İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Fransa və İsrailin ortaq düşməni var - terror. O, ABŞ-ın rəhbərlik etdiyi onlarla ölkədən ibarət koalisiyanın bu mübarizəyə necə cəlb oluna biləcəyi ilə bağlı təfərrüatları açıqlamayıb.

"Fransa İraq və Suriyada əməliyyatlarda iştirak etdiyimiz İŞİD-ə qarşı beynəlxalq koalisiyanın HƏMAS-a qarşı da döyüşməsinə hazırdır", deyə Makron bildirib.

Fransa lideri həmçinin regional münaqişə risklərinə qarşı xəbərdarlıq edərək, HƏMAS-a qarşı mübarizənin amansız, lakin qaydasız olmamalı olduğunu vurğulayıb.

Xatırladaq ki, Makron israilli həmkarı İsaak Hersoqla görüşü zamanı İsraili HƏMAS ilə münaqişəni genişləndirməməyə və Qəzza zolağında saxlanılan girovların azad edilməsini prioritet vəzifə hesab etməyə çağırıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->