Xəbər lenti

Makron məktəblərdə müsəlman geyimlərinin qadağasını müdafiə etdi
Dünya 18:58 05.09.2023

Makron məktəblərdə müsəlman geyimlərinin qadağasını müdafiə etdi

Fransa prezidenti Emmanuel Makron Fransa məktəblərində abaya adlanan müsəlman paltarlarının qadağan edilməsi qərarını ayrı-seçkilik hesab etmədiyini bildirib, belə ki, məktəb bütün vətəndaşların maraqlarına uyğun olaraq dünyəvi olmalıdır.

Qaynarinfo xəbər verir ki, BFMTV onun sözlərindən sitat gətirir.

Hökumətin qərarını müdafiə edən Makron bildirib ki, məktəb "dini simvollar üçün yer deyil”.

"Məktəb pulsuz dünyəvi təhsil müəssisəsidir və iştirak icbaridir", - prezident əlavə edib.

O əlavə edib ki, belə yanaşmada damğalanma və ayrı-seçkilik görmür.

"Damğalama ilə məşğul olanlar belə paltar geyinməyi təbliğ edənlərdir”, - Fransa prezidenti deyib.

Makronun sözlərinə görə, məsələyə diqqətdən kənarda qalmaq olmazdı, çünki ölkə səviyyəsində dəqiq qərar olmasaydı, məsuliyyət yükü və valideynlərin təzyiqi məktəb rəhbərliyinin üzərinə düşərdi.

"Biz onları qorumalıyıq, çünki bu edilməsə, o yerə çatacaq ki, dünyəvilik prinsipinə qarşı çağırışlar kök atmağa başlayacaq və qanunlara hörmət edilməyəcək... Samuel Patiyə qarşı terror hücumumuz olmamış kimi yaşaya bilməzsiniz”, – Makron bildirib.

Xatırladaq ki, söhbət 2020-ci ilin oktyabrında sinifdə şagirdlərə Məhəmməd peyğəmbərin karikaturalarını göstərən tarix müəlliminin nümayişkaranə qətlindən gedir. Terrorçunun Moskvadan olan, Fransada qanuni olaraq qaçqın kimi yaşayan 18 yaşlı çeçen olduğu üzə çıxmışdı. O özü kollec tələbəsi deyildi.

Ölkə üzrə minlərlə insan öldürülən müəllimin xatirəsini ehtiramla yad etməyə toplaşıb. Samuel Pati ölümündən sonra Fransanın ən yüksək dövlət mükafatı olan Fəxri Legion ordeni ilə təltif edilib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->