Motosiklet yarışlarının ən əhəmiyyətli hissəsi olan "MotoGP"nin Argentina ayağı ləğv edilib.
Qaynarinfo-nun məlumatına görə, buna ölkədəki iqtisadi böhran səbəb olub. Bu üzdən yarışın Bakıda keçirilməsi nəzərdə tutulur. Təşkilatçıların bəyanatında məsələ ilə bağlı "Hazırda 2024-cü ildə "MotoGP" standartlarında Qran Prinin baş tutması üçün tələb olunan xidmətlərə zəmanət verə bilməz. Ümid edirik ki, Termas de Rio Hondo mərhələsi 2025-ci ildə Bakıda keçiriləcək" - ifadələri yer alıb.
Açıqlamada, bu ləğvdən sonra 2024-cü il təqvimində heç bir dəyişiklik olmayacağı və planlaşdırmaya yeni əlavələrin edilməyəcəyi bildirilib.
Səbuhi Həsənov