Xəbər lenti

Maliyyə Nazirliyindən maaş və təqaüd Açıqlaması
Ölkə15:10 26.02.2015

Maliyyə Nazirliyindən maaş və təqaüd Açıqlaması

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bəzi kütləvi informasiya vasitələrində son vaxtlar guya bir sıra dövlət müəssisələrində maaş və müavinətlərin, tələbə təqaüdlərinin gecikdirilməsi ilə bağlı xəbərlər dərc olunub. 

Qaynar.info-nun məlumatına görə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin mətbuat xidmətindən məsələ ilə bağlı APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2015-ci ilin yanvar-fevral ayları üzrə əmək haqları, müavinət, təqaüd, pensiya və bu yönümdən olan digər sosial tipli xərclərin maliyyələşdirilməsi tam həcmdə aparılıb.

 “Cari dövrdə bu ödənişlərin icrasında  heç bir çətinlik mövcud deyil. Mənbəyi bilinməyən və belə əsassız informasiyaya bəzi iqtisadçıların verdiyi şərhlər və açıqlamalar qərəzli, məsuliyyətsiz çıxışlardır və kökündən yanlışdır”, - deyə nazirlik bəyan edib.

Qaynar.info