Xəbər lenti

Manat bahalaşmağa başladı
Ekonomiks04:35 22.04.2015

Manat bahalaşmağa başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

Qaynar.info Mərkəzi Banka istinadla verdiyi məlumata görə, dolların məzənnəsində dəyişiklik qeydə alınmayıb. Hazırda 1 dollar 1,0506 AZN-dir. 

Avronun məzənnəsi isə ucuzlaşmaqda davam edir. Belə ki, 1 avro 1.1269-dan 1.1267-yə qədər ucuzlaşıb.

Rusiya rublunun kursunda da ucuzlaşma müşahidə edilib. İndi 1 rublun dəyəri 0.0197-dən 0.0195 manata qədər azalıb. 

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.

Qaynar.info