Xəbər lenti

Manata təhlükə haradan gəlir? (ŞƏRH)
Ekonomiks11:28 13.12.2017

Manata təhlükə haradan gəlir? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2017-ci ilin sonlarına doğru manatın məzənnəsi ilə bağlı sabitlik müşahidə olunsa da, milli valyutanın gec-tez ucuzlaşacağı ilə bağlı narahatlıqlar səngimək bilmir. Həm cəmiyyətdə, həm də iş sektorunda manatın nə zaman dəyər itirəcəyi ilə bağlı müzakirələr gedir. Analitiklər hesab edir ki, bu təhlükə daha çox Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdən gələ bilər.Azərbaycan manatına ən çox təsir göstərə biləcək xarici amillərin Rusiya rublunun, eləcə də Türkiyədə lirənin, o cümlədən, Gürcüstan larisinin ucuzlaşması göstərilir.
Manatın məzənnəsinə təsir edən xarici amillər sırasına ilk olaraq FED-in uçot dərəcələrini artırması daxildir. İlin sonuna qədər dolların məzənnəsinin yüksəlməsi gözlənilir.Nəticədə bütün ölkələrdə, o cümlədən, Azərbaycana qonşu ölkələrdə, ticarət tərəfdaşlarında milli valyutanın zəifləməsinə səbəb olacaq.Ətraf ölkələrdə yerli valyutaların dəyərdən düşməsi, istər-istəməz Azərbaycan manatına da ciddi basqı yaradacaq.
Bundan əlavə, əgər neft qiymətlərində azalma müşahidə olunarsa, o zaman manatın məzənnəsi kəskin ucuzlaşa bilər. Həm Amerikada neft hasilatının artması, həm OPEK anlaşmasının uğursuz olması, həm də dolların bahalaşması ilə əlaqədar neftin qiymətində ciddi enmələrin olma ehtimalı var. Bu baş verərsə, qısamüddətli dövrdə valyuta bazarlarında kəskin bahalaşma müşahidə oluna bilər. Bu isə manatın dəyərini itirməsi ilə nəticələnə bilər.
Ekspertlər hesab edir ki, manatın məzənnəsi üçün təhlükə yaradan əsas amillərdən biri də psixoloji amillərdir.
İqtisadçı-alim Fuad İbrahimov "Cümhuriyət” qəzetinə bildirib ki, hazırda manata ola biləcək təzyiq süni formada da olsa, aradan qaldırılıb:
"Söhbət gedir ki, regional səviyyədə Azərbaycanın ticarət partnyorlarından Rusiya və Türkiyə valyutasının ucuzlaşması, eyni zamanda Çin ticarətinin səviyyəsinin aşağı düşməsi, manatın məzənnəsinə mənfi təsir göstərəcək. Hazırda bu valyutalarla manatı bir nöqteyi-nəzərdən əlaqələndirmək olar ki, Rusiya ilə Azərbaycanın eyni qəbildən olan problemlərlə üzləşməsi nəticəsində valyutaları dəyərdən düşüb.Hər iki dövlətin problemində oxşarlıq var. Məlumat üçün bildirim ki, türk lirəsi manatdan daha öncə dəyər itirməyə başlamışdı.Buna da təsir edən bir çox amillər var. Türkiyə modelində milli valyutanın ucuzlaşmasının xeyrini və ya ziyanını araşdırsaq, demək olar ki, lirənin ucuzlaşmasının türk iqtisadiyyatına daha çox xeyri dəyib.Çünki Türkiyə güclü ixrac potensialını daha da möhkəmləndirmiş oldu.İndiki vəziyyətdə gedən proseslərlə manatı uyğunlaşdırmaq əsassız olar.Ancaq hər halda manat yenə də öz dövrünə uyğun təzyiqlər altındadır.Eyni zamanda Mərkəzi Bank o məzənnəni yuxarı həddə saxlayıb.Bunun ölkə iqtisadiyyatının xeyrinə və yaxud ziyanına olması məsələsinə toxunmuram.Sadəcə olaraq, Mərkəzi Bank manatın məzənnəsinin bizə lazım olan səviyyədə saxlanmasını uğurla həyata keçirir”.
"Azərbaycan iqtisadiyyatı təbii yolla gəlib bu dayanıqlı vəziyyətə çatmayıb”
İqtisadçı qeyd edib ki, Mərkəzi Bank manatın məzənnəsini daxili alətlərlə saxlayır:
"Həmin alətlərlə saxlamanın nəticəsində də iqtisadiyyatın kiçilməsi aparılır. Yeri gələndə idxal-ixrac əməliyyatları arasında olan balansı bu yolla tənzimləmək mümkündür.Bu alətlərdən istifadə etməklə ilk növbədə ölkədə idxalın qarşısını alınıb, sahibkarlıq sıxılıb.Belə olduğu halda da tədiyyə balansı normallaşır, təzyiq aradan qaldırılır.Hazırda dünya iqtisadiyyatında gedən qlobal proseslər şübhəsiz ki, manatın məzənnəsinə də təsir edə bilər.Hesab edirəm ki, hazırda biz o təzyiqlərin qarşısını təbii yox, süni yolla almışıq.Yəni, Azərbaycan iqtisadiyyatı təbii yolla gəlib bu dayanıqlı vəziyyətə çatmayıb.Manata olan təzyiqin təbii olması üçün paralel işlər görülməlidir.Hələlik bu prosesi görmürük.Əlacımız konkret zaman və məkan çərçivəsində bunu gözləməyə qalıb”.