Xəbər lenti

Manatı yenə ucuzlaşma gözləyirmi?
Ekonomiks18:21 10.03.2015

Manatı yenə ucuzlaşma gözləyirmi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Devalvasiya şokuna düşmüş əhali Mərkəzi Bankdan xarici valyutada olan kreditlərə güzəşt məktubu gözlədiyi halda ortaya başqa bir məktub çıxdı. Məlum oldu ki, baş tənzimləyicinin ölkə banklarına ünvanladığı 05 mart tarixli məktubunda açıq valyuta mövqeyi üzrə limitin tətbiqini 1 yanvar 2016-cı il tarixinə qədər dondurur.
İqtisadçı ekspert Rəşad Həsənov Analitik.az bildirib ki, bu devalvasiyaya işarə deyil: “Bir çox hallarda bu istiqamətdə qiymətləndirmək istəyirlər. Amma banklara göndərilən məktub daha çox bankların öz portfellərini yerləşdirməkdə onlara verilən müstəqilliklə bağlı olan bir məsələdir. Onlara sərbəstlik verməklə Mərkəzi Bank demək olar ki, gələcəkdə baş verəcəklərdən özünün yaxsasını kənara çəkmək istəyir. Yəni məsuliyyətin daha çox bankların öz üzərində qalmasını istəyir. Bunun devalvasiyayla elə bir əlaqəsi yoxdur.”
Bir çox beynəlxalq təşkilatların 2015-2017-ci illərdə neftin qiymətinin 60 dollar olacağını proqnozlaşdırdığını deyən R. Həsənov, mövcud şərtlər daxilində hökumətin fəaliyyətinin və büdcənin gəlirlərinin təmin edilməsinin mükünlüyünü vurğulayıb. Amma sonrakı dövrlərdə isə yenidən problemlər yaşana bilər: “Nəticədə Azərbaycan manatının dəyərdən düşməsi qaçılmaz bir hal olacaq. Mümkündür ki, hökumət yenə də ötən dəfə etdiyi kimi kəskin devalvasiya xəttini tutsun. Amma daha yaxşı olardı ki, uzunmüddətli perspektivdə zaman-zaman manatın məzənnəsinin yumşaldılması həyata keçirilsin ki, bu kimi hallarda ölkədə vətəndaşlar, o cümlədən biznes və bank sektoru ciddi zərərlərlə üz-üzə qalmasın.”
İqtisadçı ekspert hesab edir ki, yaxın müddətdə manatın ucuzlaşacağı gözlənilən deyil: “Qısa müddətli perspektivdə təxminən yaxın 5-6 ay ərzində onu demək olar ki, Azərbaycanda devalvasiya gözlənilmir və hazırkı situasiyada Mərkəzi Bankın sərgilədiyi mövqe də ondan ibarətdir ki, manatı kiçik dəyişmələrlə indiki vəziyyətdə saxlasın. Mərkəzi Bankın son 33,5 faiz devalvasiyası imkan verir ki, ölkənin maliyyə balansını tənzimləmək mümkün olsun.”
Ekspert onu da qeyd etdi ki, bundan sonrakı dövrlərdə manat həm nəzəri cəhətdən, həm iqtisadi cəhətdən öz dəyərini itirməlidir. Çünki tədricən ucuzlaşdırma həyata keçirilməlidir: “Bunun hazırki prosesin arqumentləşdirilməsində istifadə olunan ixrac potensialının inkişaf etdirilməsi və yerli istehsalın xaricdən idxal olunan məhsullarla rəqabət imkanının artırılması kimi müsbət tərəfləri də var. Bu həm də Azərbaycanın neft hasilatının aşağı düşməsi fonunda valyuta ehtiyatlarının israf olunmasının qarşısının alınması məqsədi daşıya bilər.”
Qaynar.info