Xəbər lenti

Manatın dövretmə sürəti artdı
Ekonomiks 12:46 29.04.2026

Manatın dövretmə sürəti artdı

Bu ilin aprelin 1-nə Azərbaycanda manatın dövretmə sürəti 2.97 manat olub

Qaynarinfo-nun Mərkəzi Banka istinadən məlumatına görə, bu da aylıq müqayisədə 0.14 bənd, ilin əvvəli ilə müqayisədə 0.13 bənd çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə 0.39 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 20 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Günay İlqarqızı
--> -->