“Bu ilin yanvarında Azərbaycan 804 mln. dollarlıq ixrac həyata keçirib. Əsas ixracatçı dövlət olub - 729 mln. dollar neftin, qazın, neft məhsullarının payına düşür. Qeyr-neft sektorunun ixracı cəmi 75 mln. dollar olub. Bəzi məhsullar üzrə ixrac xeyli azalıb, çünki adı yerli olan malların, içi xaricdən gəlirdi, yəni, bizdə qaplaşdırma idi, istehsal yox.”
Qaynarinfo.Az xəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərli belə deyib.

Onun sözlərinə görə, yanvarda ölkəyə 450 mln. dollarlıq mal gətirilib, ilin ilk ayı həmişə "ölü ay" olur, çünki yeni il qabağı çox mal-məhsul gətirilir, yanvarda idxalın həcmində ciddi azalma olur:
“Yəni, növbəti aylarda idxalın dəyəri və həcmi artacaq. Daha bir maraqlı cəhət odur ki, ölkədə dolların məzənnəsinin neçə olmasından asılı olmayaraq, valyutanı bir oyunçu satır, hələlik, ayda 280-300 mln. satış olur və ən zəif idxal olan yanvar ayından da görünür ki, tək elə idxalı qarşılamağa belə bu həcm çatmır, deməli gələn aylarda, əsas da martda dollar satışı artmalıdır ki, manat kəskin ucuzlaşmasın. Əgər bazara artıq dollar çıxartmasalar, manat daha böyük sürətlə dəyərdən düşəcək.O ki qaldı qeyri-neft ixracına, Belçikada, Hollandiyada özünə hörmət edən 10 fermer birlikdə 1 ayda 75 mln. dollardan çox məhsul ixrac edir, yəni, 9,5 mln. əhalisi olan ölkədən çox...”
Qaynarinfo.Az