"Mançester Siti" Benjamin Mendi ilə yolları ayırıb.
Qaynarinfo-nun məlumatına görə, 28 yaşlı futbolçu, 2021-ci ilin avqustunda ona qarşı yönələn ilk ittihamlardan bəri "Mançester Siti"nin düşərgəsinə buraxılmırdı. Nəhayət, klub müqaviləsi bu ayın sonunda başa çatan Mendini saxlamayacaqlarını açıqlayıb.
Mendi beş aylıq həbsdən sonra bu ilin əvvəlində yeddi təcavüz ittihamından bəraət almışdı. Lakin bu ay futbolçu daha iki zorlama ittihamı əsasında mühakimə olunacaq. Mendinin növbəti məhkəmə prosesi iyunun 26-da başlayacaq.
Onun vəkili Cenni Viltşir, açıqlamasında, "Müvəkkilim Benjamin Mendi münsiflər heyətinin üzvlərinə fədakarlıqlarına və öhdəliklərinə görə təşəkkür etmək istəyir. O, həmçinin onu dəstəkləyən hər kəsə, xüsusən də onun adından ifadə verən şahidlərə təşəkkür edir. O, həyatını yenidən qurmaq üçün digər iki ittihamdan da bəraət almasını səbirsizliklə gözləyir. Nə mən, nə də müştərim əlavə şərh verə bilməyəcəyimiz qənaətinə gəldik” - sözlərini söyləyib.
Səbuhi Həsənov