Xəbər lenti

"Mançester Siti" futbol tarixinin ən bahalı müdafiəçisini aldı (FOTO)
İdman11:15 05.08.2023

"Mançester Siti" futbol tarixinin ən bahalı müdafiəçisini aldı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mançester Siti” Almaniyanın "Leypsiq” klubunun xorvatiyalı müdafiəçisi Yoşko Qvardiolu transfer edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Mançester Siti”nin rəsmi saytı məlumat yayıb.
Qvardiol "şəhərlilər”lə 5 illik müqavilə imzalayıb. Futbolçu İngiltərə klubunda 24 nömrə altında çıxış edəcək.
"Transfermarkt"ın məlumatına görə, "Mançester Siti" 21 yaşlı futbolçu üçün 90 milyon avro ödəyib və onu futbol tarixinin ən bahalı müdafiəçisi edib.
Bundan əvvəl "Mançester Yunayted”in futbolçusu Harri Maquayr "qırmızı şeytanlar”ın 87 milyon avroya aldığı ən bahalı müdafiəçi sayılırdı.
Qvardiol karyerasına "Dinamo Zaqreb"də başlayıb, daha sonra "Leypsiq”ə transfer olunub. 
Nizami Bağırov