İstanbulda keçirilən Çempionlar Liqsının finalında qalib adını qazanan "Mançester Siti"nin futbolçusu Culian Alvarez tarixə düşüb.
Qaynarinfo-nun məlumatına görə, finalda İtaliya "İnter"ini 1:0 hesabı ilə məğlub edən ingilislər ilk dəfə ÇL-in kubokunu başı üzərinə qaldırıb. Bununla da mövsümü 3 kubokla başa vuran "Mançester Siti” əzəli rəqibi "Mançester Yunayted”dən sonra bu uğuru qazanan ilk ingilis komandası olub.
"Şəhərlilər"in futbolçusu Alvarez isə tarixi bir mövsümü geridə qoymuş oldu. Ötən yay "Mançester Siti"yə keçən futbolçu bu mövsüm 4 fərqli çempionluq yaşayıb. Argentina ilə birlikdə Qətərdə keçirilən dünya çempionatının qalibi olan cənubi amerikalı "Mançester Siti"nin heyətində İngiltərə çempionluğunu və FA kubokunu qazanan ilk oyunçu kimi tarixə düşüb. Bu mövsüm "Mançester Siti"nin heyətində 49 oyun keçirən Culian Alvarez 17 qola və 5 məhsuldar ötürməyə imza atıb.
2021/22 mövsümündə "Mançester Siti"yə keçən Alvarez həmin mövsümü Argentinanın məşhur klubu "River Pleyt"də icarə əsasında keçirib.
Səbuhi Həsənov