"Mançester Siti"nin "Bavariya"da icarə əsasında oynayan futbolçusu Joao Kanselo azarkeşlərin təzyiqinə məruz qalıb.
Qaynarinfo xəbər verir ki, UEFA Çempionlar Liqasının 1/4 finalının ilk oyununda baş tutan "Mançester Siti" - "Bavariya" matçı Kanselo üçün heç də yaxşı olmayan xatirələrlə yadda qalıb.
Yanvarda "Mançester Siti"dən alman klubuna 70 milyon avro qarşılığında icarəyə verilən futbolçu "Etihad"da meydana çıxan kimi etirazlarla qarşılanıb. Qarşılaşmaya ehtiyat oyuçular skamyasında başlayan futbolçu 81-ci dəqiqədə Devisin əvəzinə meydana daxil olub. Ancaq meydançaya ayaq basan kimi ingilis azarkeşlərin təzyiqləri ilə üzləşib. Hər dəfə ayağına top düşəndə fitə basılan futbolçuya münasibət təəccüblə qarşılanıb.
İddialara görə, buna səbəb futbolçunun bir neçə gün öncə mətbuata verdiyi açıqlama olub. Belə ki, o, "Mançestyer Siti" ilə Çempionlar Lqiasını qazanacağına inanmadığını söyləmişdi: "Çempionlar Liqasında uğur qazanmaq mənim də böyük arzumdur. Buna nail olana qədər dayanmayacağam. Əvvəllər qazana bilməmişəm, bəlkə bu il "Bavariya"nın heyətində arzuma çataram".
Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçıda "Mançester Siti"yə 0:3 hesabı ilə məğlub olaraq özünü çətinə salan "Bavariya" cavab matçı öncəsi Almaniya Bundesliqasında şənbə günü "Hoffenhaym"ı qəbul edəcək.
Səbuhi Həsənov