"Mançester Siti"nin futbolçuları Premyer Liqa çempionluğunu qeyd edərkən 47 min funt-sterlinqlik içki içib.
Qaynarinfo-nun məlumatına görə, bunu komandanın üzvü Cek Qrilişin atası Kevin deyib.
Pep Qvardiolanın komandası şənbə günü İstanbulda "İnter"i 1:0 hesabı ilə məğlub edərək tarixi nəticəyə imza atdı. Komanda bu il Premyer Liqa və İngiltərə Kubokunun, daha sonra isə tarixində ilk dəfə Çempionlar Liqasının qalibi adını qazandı. Şənliklərdə ən çox diqqət çəkən məqamlardan biri həddindən artıq spirtli içki qəbul edən Cek Qriliş olub. Ulduz futbolçunun atası Kevin Qriliş Çempionlar Liqasından fərqli olaraq oğlunun Premyer Liqada çempionluq zamanı daha sakit qaldığını bildirib. Kevin "Mançester Siti"nin Premyer Liqa çempionluğunu qeyd etdiyi məkanda təkcə içkilərə 47.000 funt-sterlinq xərcləndiyini bildirib.
O, "Mirror"a açıqlamasında bunları deyib: "Mançester Siti" bayramlarda və bütün şənliklərdə əla idi. Premyer Liqada qalib gəldikdən sonra "Tunnel Club"da ziyafət təşkil olundu. Həmin vaxt içki hesabı 47 min funt-sterlinq olub. QIRX YEDDİ MİN! Mən qəbzi gördüm. Bu, təkcə Cekin içki hesabı deyildi. Əksinə, Cek həmin gecə evə tez getdi!".
Səbuhi Həsənov