"Mançester Siti"nin sağ cinah müdafiəçisi Kayl Uolkerin barda sərxoş halda görüntüləri yayılıb
Qaynarinfo-nun məlumatına görə, britaniyalı futbolçu Mançesterdə barların birində kameralara yaxalanıb. "The Sun" tərəfindən yayımlanan görüntülərdə Uolkerin bazar günü Mançesterdəki barda sərxoş vəziyyətdə dostları ilə birlikdə olduğu görünüb.
Kadrlarda ingilis futbolçu idman şalvarını aşağı çəkərək özünü əvvəlcə dostlarına, sonra isə ayrı-ayrı qadın qrupunun qarşısında nümayiş etdirdiyi görünüb.
Səbuhi Həsənov