Xəbər lenti

"Mançester Siti" və "Qarabağ"ın təklifindən imtina etdim"
İdman19:09 07.04.2018

"Mançester Siti" və "Qarabağ"ın təklifindən imtina etdim"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Fənərbaxça”nın qapıçısı Volkan Dəmirəl müxtəlif vaxtlarda imtina elədiyi klubların adlarını açıqlayıb. 
Qaynarinfo xəbər verir ki, Türkiyə millisinin keçmiş üzvünün onun təklifini qəbul etmədiyi klublar arasında "Qarabağ” da var.
"Fənərbaxça"da 40 yaşıma kimi oynamaq istəyirəm. Keçmişdə müxtəlif klubların təkliflərindən imtina etmişəm. 2008-də "Mançester Siti”, 2010-da "Monako”, 2015-də "Milan”, 2016-cı ildə "Qarabağ”, müxtəlif vaxtlarda "Aston Villa”, "Suonsi", "Hambur", "Atletiko” və digər klublar məni heyətlərində görmək istəsələr də, bu təklifləri qəbul etmədim".
Volkan bildirib ki, son təklifi ABŞ-dan alıb.