Son zamanlar təcavüz hadisələri ilə gündəmə gələn "Mançester Siti”nin ulduzu Benyamin Mendiyə qarşı daha bir ittiham irəli sürülüb.
Qaynarinfo xəbər verir ki, hazırda Liverpu həbsxanasında saxlanılan futbolçunun yanvarın 24-də məhkəmə qarşısına çıxacağı gözlənilir. Bununla da Mendiyə qarşı irəli sürüən ittihamların ümumi sayı 7-yə çatacaq.
İttihamçıların bu ilin martından avqustuna qədər, yaşı 16-dan yuxarı olan dörd şikayətçiyə aid edildiyi bildirilir.
"Mançester Siti" fransalı sol cinah müdafiəçisi Mendi ilə müqavilənin təhqiqat bitənə qədər dayandırıldığını açıqlayıb.
Səbuhi Həsənov