7 zorlama ittihamı ilə sentyabr ayından həbsdə olan "Mançester Siti"nin futbolçusu Benyamin Mendinin kabus yaşadığı günlər davam edir.
Qaynarinfo xəbər verir ki, futbolçu ciddi rejimli cəzaçəkmə müəssələrindən birinə yerləşdirilib. Bu haqda "The Sun" məlumat yayıb. Mendinin İngiltərənin ən şiddətli həbsxanalarından biri kimi xarakterizə edilən Mançesterdəki "Strangeways"a köçürüldüyü bildirilib. Sözgedən həbsxanada təhlükəsizliyin yüksək səviyyədə qorunduğu deyilir.
İngiltərə həbsxanasının rəhbərliyi bu addımı Mendinin təhlükəsizliyindən narahat olduğu üçün atıb. Onlar təhlükəsizliyinin maksimum səviyyədə qorunması üçün futbolçunun sərt rejimli həbsxanaya köçürülməsinə icazə verib.
Futbolçunun yanvarın 24-nə təyin edilmiş məhkəməsi iyunun sonuna qədər təxirə salınıb. Ona qarşı ittihamların 2021-ci ilin martından avqustuna qədər, yaşı 16-dan yuxarı olan dörd şikayətçiyə aid edildiyi bildirilir.
"Mançester Siti" fransalı sol cinah müdafiəçisi ilə müqavilənin istintaqa qədər dayandırıldığını açıqlayıb.
Səbuhi Həsənov