Xəbər lenti

"Mançester Siti"nin futbolçusu quldurların hücumuna məruz qaldı, yaralandı
İdman17:10 01.01.2022

"Mançester Siti"nin futbolçusu quldurların hücumuna məruz qaldı, yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mançester Siti"nin futbolçusu Joao Kanselo xuliqanların hücumuna məruz qalıb.
Qaynarinfo xəbər verir ki, müdafiəçi onu, həyat yoldaşını və iki yaşlı qızını təhdid edən dörd nəfərlə qarşılaşıb. Onu soymaq istəyən oğrulardan özünü və ailəsini qorumaq istəyən futbolçu müqavimət göstərmək istəyərkən xəsarət də alıb və gözündən yaralanıb. Hadisə çərşənbə axşamı baş tutan "Mançester Siti"nin "Brentford"u 1:0 hesabı ilə məğlub etdiyi matçdan qısa müddət sonra baş verib.
27 yaşlı portuqliyalı instaqramda yaralı halda olduğu şəklini də paylaşıb. O, həyat yoldaşı Daniela və iki yaşlı qızı Alisiya ilə bağlı hər şeyin qaydasında olduğunu bildirib:
"Təəssüf ki, bu gün məni incidən və ailəmə zərər verməyə çalışan dörd nəfər tərəfindən hücuma məruz qaldım. Müqavimət göstərəndə belə olur. Bütün qızıl-zinət əşyalarımı götürüb, üzümü bu vəziyyətdə qoyub getdilər. Bilmirəm, insanlar necə bu qədər alçaq olur? Mənim üçün ən önəmlisi ailəmdir və xoşbəxtlikdən onların hamısı yaxşıdır. Həmişə olduğu kimi möhkəm və güclüyük".
Bu İngiltərədə son vaxtlarda hansısa futbolçu ailəsinə edilən ilk hücum deyil. Premyer Liqa klublarının bir sıra futbolçuları da oxşar təcrübələr yaşayıb.
Martda "Everton"un qapıçısı Robin Olsen və ailəsi Çeşirdəki evlərində oxşar halla rastlaşıb. 2020-ci ilin may ayında isə "Tottenhem"in futbolçusu Dele Alli 2 milyon funt-sterlinq dəyərində olan evində iki nəfərin bıçaqlı hücumuna məruz qalmışdı. Oktyabrda adı açıqlanmayan məşhur futbolçulardan birinin 1,5 milyon funt-sterlinq dəyərində olan evində quldurlar tərəfindən əl-ayağının bağlandığı və daha sonra bahalı saatlarının, zinət əşyalarının, o cümlədən elektron cihazlarının oğurlanması ilə bağlı xəbərlər yayılmışdı. Bundan başqa "Çelsi" və İngiltərə milisinin müdafiəçisi Ris Ceyms sentyabrda Çempionlar Liqası və Avro-2020-də qazandığı medalların oğurlanması ilə bağlı paylaşım etmişdi.
Səbuhi Həsənov