Xəbər lenti

“Mançester Yunayted”dən rekord müqavilə - 1,05 milyard avro
İdman 16:20 31.07.2023

“Mançester Yunayted”dən rekord müqavilə - 1,05 milyard avro

İngiltərənin "Mançester Yunayted” futbol klubu Almaniyanın "Adidas” transmilli şirkəti ilə müqavilənin müddətini uzadıb.

Qaynarinfo xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Daily Mail"in məlumatına görə, sövdələşmənin dəyəri 900 milyon funt-sterlinqdir (1,05 milyard avrodan çox). "Mançester Yunayted"in idman geyimi, ayaqqabı və aksesuar şirkəti ilə yeni müqaviləsi 10 il müddətinə imzalanıb.

Bu müqavilə İngiltərə Premyer Liqasının klubları üçün rekorddur. "Qırmızı şeytanlar” 2015/16 mövsümünün əvvəlində "Adidas" ilə müqaviləsi imzalayıb və 23 ildən sonra yenidən bir araya gəlib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->