Xəbər lenti

İdman 11:24 29.10.2023

"Mançester Yunayted"in borcu 1 milyard funt-sterlinqi ötdü

İngiltərənin "Mançester Yunayted" futbol klubunun borcu 1 milyard funt-sterlinqdən (1,21 milyard dollar) çoxdur. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Athletic” məlumat yayıb.

Bu məbləğə ümumi borc, ödənilməmiş transfer ödənişləri və revolver kredit vəsaiti daxildir. "Mançester Yunayted" daha əvvəl ötən maliyyə ili üçün hesabat dərc etmişdi. Klubun İngiltərə çempionatının tarixində rekord gəlir - 648,4 milyon funt-sterlinq (784 milyon dollar) əldə etməsinə baxmayaraq, xalis zərər 42,1 milyon funt-sterlinq (50,9 milyon dollar) təşkil edib.

Ümumi borc 507,3 milyon funt-sterlinq (650 milyon dollar) səviyyəsində qalsa da, "mankunianlılar" əvvəllər çıxarılan təxminən 100 milyon funt-sterlinqdən əlavə 160 milyon funt-sterlinq borc götürüblər. Nəticədə borcun məbləği 773 milyon funt-sterlinqə (937,49 milyon dollar) yüksəlib.

Hesabat həmçinin ingilis klubunun ödənilməmiş transfer ödənişlərinə görə 317,8 milyon funt sterlinq (385,4 milyon dollar) borcu olduğunu göstərir. Nəticədə klubun ümumi borcu 1,09 milyard funt-sterlinq (1,32 milyard dollar) təşkil edir.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının 9 turundan sonra aktivində 15 xal olan "Mançester Yunayted” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Komanda növbəti turda ölkə çempionu "Mançester Siti” ilə qarşılaşacaq. Görüş bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 19.30-da başlayacaq.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->