Xəbər lenti

"Mançester Yunayted"in sabiq futbolçusu görün nə satır
İdman06:38 30.03.2023

"Mançester Yunayted"in sabiq futbolçusu görün nə satır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mançester Yunayted"in keçmiş futbolçusu Ramon Kalliste zədə səbəbindən karyerasını gənc yaşda bitirməli olub.
Qaynarinfo xəbər verir ki, o, hazırda dəbdəbəli brend məhsullarının satışı ilə məşğuldur. 16 yaşında "Mançester Yunayted"lə anlaşan uelsli yarımmüdafiəçi Rayan Giqqzin davamçısı kimi görülürdü. 
O, əsas komandada oynamasa da, Kriştiano Ronaldo və Ueyn Runi kimi futbolçularla birlikdə məşqlərdə iştirak edib. "Qırmızı şeytanlar”ın ulduzluğa namizədlərindən olan keçmiş futbolçu 2006-cı ildə dizindən aldığı zədə səbəbindən futbolçu karyerasını bitirmək məcburiyyətində qalıb. 
2013-cü ildə 250 min dollar dəyərində olan öz saat markasını yaradan 37 yaşlı sabiq futbolçu hazırda Dubayda yaşayır.
Səbuhi Həsənov