İngiltərə Premyer Liqasının nəhənglərindən olan "Mançester Yunayted”də bir dövr başa çata bilər.
Qaynarinfo-nun məlumatına görə "Mançester Yunayted"in sahibi Qleyzer ailəsi klubun satıla biləcəyini açıqlayıb. Ulduzu azarkeşlərlə barışmayan Qleyzer ailəsi, klubun inkişafı üçün strateji alternativləri araşdırmağa başladığını, yeni investisiyaları və satışlarının buna uyğun qiymətləndiriləcəyini bildirib.
"Rəhbərlik bütün strateji alternativləri, o cümlədən yeni investisiyalar, klubun satışı və şirkətlə bağlı digər əməliyyatları nəzərdən keçirmək qərarına gəlib” - deyə klubun saytında bildirilib.
Qleyzer ailəsi 17 il əvvəl aldığı klubu 9 milyard funt-sterlinqə satmaq istədiyi bildirilir. Amerikalı ailə 2005-ci ildə "Mançester Yunayted”i 790 milyon funt-sterlinqə alıb, 2012-ci ildə onun səhmlərinin 10 faizini, sonra isə daha bir hissəsini satıb.
Digər Britaniya nəhəngi "Liverpool" isə bu ayın əvvəlində satışa çıxarılıb.
Səbuhi Həsənov