Xəbər lenti

"Mançester Yunayted"dən 55 milyon avroluq transfer
İdman11:57 29.06.2019

"Mançester Yunayted"dən 55 milyon avroluq transfer

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mançester Yunayted" heyətinə yeni futbolçu qatıb.
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-şeytanlar" "Kristal Pelas"dan Aaron Van-Bissakla güclənib. 22 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. 
İngiltərə mətbuatı bu transferə görə "Mançester Yunayted"in "Kristal Pelas"a 55 milyon avro ödəyəcəyini yazıb.
Qeyd edək ki, Aaron Van-Bissakı "Kristal Pelas"ın yetirməsidi. O, 2018-ci ilin fevralın İngiltərə Premyer Liqasında debüt edib. Müdafiəçi 2018/19 mövsümündə 35 oyunda iştirak edib və 3 məhsuldar ötürmə ilə yadda qalıb.