Xəbər lenti

"Mançester Yunayted"in futbolçusu azadlığa buraxıldı
İdman14:29 02.02.2022

"Mançester Yunayted"in futbolçusu azadlığa buraxıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mançester polisi zorlama, cinsi təcavüz və ölümlə hədələmədə şübhəli bilinərək həbs edilən futbolçu Meyson Qrinvudun zaminə buraxıldığını təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, "Mançester Yunayted"in forvardı ilə bağlı əlavə araşdırma aparılacaq. Şəhərin polis orqanından 20 yaşlı futbolçunun növbəti istintaqa qədər azadlığa buraxıldığı haqda yerli mətbuata məlumat verilib. 
Qrinvud qadının şikayəti əsasında cinsi təcavüz, öldürmək və hədələməkdə şübhəli bilinərək həbs olunmuşdu.
Səbuhi Həsənov