Siyasət 21:13 24.11.2022

Mansur Yavaş AY Partiya rəsmilərini qəbul etdi (FOTOLAR)

Bu gün Ankara Böyük Şəhər Bələdiyyəsinin başqanı Mansur Yavaş Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) Başqanlıq Heyətinin üzvləri - Aqil Dadaşzadə, Vasif İsmayıl, Rəşad Bakuvi, Aynur Qəzənfərqızı və Gülşən Hacıyevanı qəbul edib. Görüşdə Ankara Böyükşəhər Bələdiyyə Başqanının Xarici Əlaqələr üzrə müavini Ramazan Kabasakal da iştirak edib.

Qaynarinfo xəbər verir ki, Mansur Yavaş bələdiyyə sahəsində təcrübələrini bölüşüb, görülən işlərdən danışaraq, bələdiyyələrin insanların həyatlarını asanlaşdırmaq, vətəndaşlara xidmət etmək baxımından önəmli qurum olduğunu diqqətə çatdırıb. 

Görüşdə AY Partiyanın regional bələdiyyə liderləri yetişdirmə layihəsi üzrə onların Türkiyədə, xüsusilə Ankara Böyük Şəhər Bələdiyyə rəhbərliyinin dəstəyilə təcrübə keçməsi istiqamətində razılıq əldə olunub. Qeyd olunub ki, gənc liderlərin bələdiyyə işini daha mükəmməl öyrənməsi, praktiki vərdişlərini artırmaları baxımından bu təcrübə əhəmiyyətli olacaq.

Sonda AY Partiya Başqanı Anar Əsədlinin hədiyyəsi Mansur Yavaşa təqdim olunub.Mansur Yavaş Başqanlıq Heyətinə hədiyyələr verib, xatirə fotoları çəkdirilib.