“Napoli” klubunun argentinalı yarımmüdafiəçisi Qonzalo İquainə İtaliya çempionatında 4-cü tur çərçivəsində keçiriləcək “Milan” oyunu önçəsi Diyeqo Armando Maradonadan sms gəlib. İtaliya mətbuatının verdiyi xəbərdə bildirilir ki, “Napoli”nin keçmiş futbolçusu bunları yazıb: “Meydana çıx və “San-Siro”da qol vur”.
Xatırladaq ki, dünən keçirilən görüşdə İquain qol vurub, hansı ki bu qol “Napoli” klubuna 2:1 hesablı qələbə gətirib.//Milli.az